Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, onların hamısı kişilərin yarışında çıxış edəcək.

73 kq çəki dərəcəsindəki Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə, Nurlan Osmanov isveçli Tommi Masiasla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 7-cidir.

Digər xəbərlər