"Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparacaq

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq.

"Report" xəbər verir ki, yarışın son günündə Azərbaycanın 6 cüdoçusu tatami üzərinə çıxacaq.

Murad Fətiyev (90 kq), Mədinə Kaisinova (78 kq), Əjdər Bağırov (100 kq) 1/16 finaldan, Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov və Camal Qəamzatxanov (hər ikisi +100 kq) isə 1/8 finaldan mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, daha əvvəl Ömər Rəcəbli (81 kq), Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanıblar.

Digər xəbərlər

Makqreqor karyerasını başa vurur 01 noyabr, 2026 / 23:18