Beynəlxalq Konkisürmə Birliyinin prezidenti: "Azərbaycan yarışı yüksək səviyyədə təşkil edib"

Azərbaycan yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-prini yüksək səviyyədə təşkil edib.

"Report" verir ki, bunu Beynəlxalq Konkisürmə Birliyinin prezidenti (ISU) prezidenti Kim Jae-Yeol deyib.

O, Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu vurğulayıb:

"Azərbaycan Qran-prini yüksək səviyyədə təşkil edib. Ölkəniz yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Bu, Bakıya ikinci gəlişimdir. Bu cür gözəl və müasir şəhərdə olduğum üçün çox xoşbəxtəm. Qran-prinin uğurla başa çatacağına inanıram".

Qeyd edək ki, Bakıda təşkil olunan turnirdə 38 ölkədən 92 idmançı mübarizə aparır.

Digər xəbərlər