Azərbaycan karateçiləri Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar

Azərbaycan Karate Federasiyasının kyokuşin (kay) senşi karate üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında üç medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Qitə birinciliyində Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və bir bürünc mükafata sahib çıxıblar.

U-18 yaş qrupunda Selcan Babayeva (+60 kq) bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.

U-21 yaş kateqoriyasında Cəmil Kazımlı (+80 kq) gümüş, böyüklər arasında isə Sahil Musazadə (70 kq) bürünc medala yiyələnib.

Digər xəbərlər