Azərbaycan badmintonçusu: Özümlə fəxr edirəm

Yaxşı oynamadım, lakin pis də çıxış etmədim. Səhv buraxdım, amma özümlə fəxr edirəm, çünki olimpiadada mübarizə apardım.

Bunu "Report"un Fransaya ezam olunmuş əməkdaşına açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.

Qrupdakı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmora uduzan (0:2) idmançı Azərbaycan Badminton Federasiyasına, məşqçisinə və ailəsinə təşəkkür edib:

"Çünki qalib və ya məğlub olmağıma baxmayaraq, onlar məni həmişə dəstəkləyiblər".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Digər xəbərlər