Azərbaycan atıcıları III MDB Oyunlarını 9 medalla (5 gümüş, 4 bürünc) bitiriblər.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, yarışın son günündə idmançılarımız daha iki gümüş və bir bürünc medal qazanıblar.
Nərmin Cəfərli ilə Mürtəza Novruzlu stend atıcılığının "trap" növündə ikinci pilləni tutublar.
Daniyella Ulanova isə stend atıcılığının "skeet" növündə fərdi yarışda bürünc medal qazanıb.