Bu ilin yanvar-iyul aylarında Yunanıstan Azərbaycandan 46,436 min teracoul qaz idxal edib.
“Report” bu barədə Avropa İttifaqının (Aİ) Statistika İdarəsinin (“Avrostat”) məlumatına istinadən xəbər verir.
Statistik məlumatlara görə, bu, ötən ilin 7 ayının göstəricisindən 6,7 % azdır.
Bu dövrdə Azərbaycandan Yunanıstana idxal olunan qazın dəyəri 362,014 milyon avro (azalma 37,5 %) təşkil edib. 7 ayda Azərbaycandan Aİ-yə qaz idxalının ümumi həcmində Yunanıstanın payı 15,6 % təşkil edib.
Bu ilin iyul ayında Yunanıstan 57,373 milyon avro dəyərində (artım 3 %) 6,76 min teracoul qaz (azalma 8,6 %) idxal edib. Qeyd olunan dövrdə Azərbaycan qazının Aİ-yə idxalının ümumi həcmində Yunanıstanın payı 15,6 % olub.