Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 161,143 milyon barel neft nəql edilib.
Bu barədə "Report" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 11,645 milyon barel və ya 6,7 % azdır.
Təkcə oktyabr ayında isə bu kəmər vasitəsilə 17,172 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 571 min barel və ya 3,4 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.