Yeni təsis edilən sərhəd-buraxılış məntəqəsi elektrik enerjisi ilə təmin olunub

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi “Azərişıq”  ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Bu barədə “Report” “Azərişıq” ASC-dən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 fevral, 2026 / 09:34
Azərbaycan nefti cüzi ucuzlaşıb 06 fevral, 2026 / 09:06