“Wood Mackenzie”: Yerüstü logistikanın inkişafı Qazaxıstandan neft ixracının artımına kömək edir

Qazaxıstan xam neft ixracının həcmini artırmaq üçün yerüstü logistikanı inkişaf etdirməlidir.

“Report” xəbər verir ki, bu barədə “Wood Mackenzie” şirkətinin direktoru İan Simm Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib.

"Xəzər və Mərkəzi Asiya regionu Avrasiyanın mərkəzində - Şərqlə Qərbin birləşdiyi və geniş imkanlara malik bir yerdə yerləşir. Lakin məhz burada təchizat zəncirləri tez-tez ciddi çətinliklərlə üzləşir. Neft və neft məhsullarının xarici bazarlara çatdırılmasında bəzən çətinliklər yarana bilər. Bu, bəlkə də, bu gün qarşıda duran əsas vəzifələrdən biridir", - o qeyd edib.

İ.Simm vurğulayıb ki, Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft ixracını artıra bilməsi üçün ölkə yerüstü logistika infrastrukturunun inkişafına diqqət yetirməlidir: "Mərkəzi Asiya unikal imkanlara malikdir. Ancaq coğrafi mövqeyi və beynəlxalq bazarlara məhdud çıxışı ilə bağlı ciddi çağırışlarla üzləşir".

Xəbər lenti