“Ümid-Babək” bloku üçün sualtı rayzer tədarükü üzrə müqavilə imzalanıb

Böyük Britaniyanın “Aquaterra Energy” şirkəti Azərbaycanda “Ümid-Babək” dəniz qaz yataqları bloku üçün çətin geoloji şəraitdə işləyən sualtı yüksək təzyiq və yüksək temperatur (HPHT) rayzerininin tədarükü üzrə müqavilə imzalayıb.

“Report” “Ümid-Babək” əməliyyat şirkətinə istinadən xəbər verir ki, Norveçdən olan injinirinq qrupu bu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator olan “Ümid-Babək” əməliyyat şirkəti (UBOC) ilə razılığa gəlib.

“Ümid-Babək” bloku Xəzər dənizinin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan təxminən 46 mil aralıda yerləşir. “Babək” yatağının ehtiyatları təxminən 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.

Müqavilə suyun 62 metr dərinliyində özüqalxan MODU modulundan istifadə edilməklə idarə olunacaq tam müstəqil rayzerlər və OEM-birləşdiricilər sistemi kimi inteqrasiya olunmuş xidmətlərin göstərilməsini nəzərdə tutur.

Müqavilənin dəyəri açıqlanmayıb.

“Ekoloji mülahizələri nəzərə alaraq birlikdə qeyd olunan vaxtda işi bitirə bilərik. Komandanın innovativ yanaşması bu layihənin həyata keçirilməsində mühüm rol oynadı və biz əməkdaşlığımızın davam edəcəyinə çox ümidliyik”, - şirkətdən bildiriblər.

“Aquaterra Energy”nin mühəndisləri minimum xərc və qazma vaxtı ilə maksimum təhlükəsizlik və səmərəliliyi təmin etmək üçün yarımdalma qurğusu əvəzinə özüqalxan qazma qurğusundan istifadə etməyi təklif ediblər. Yarımdalma qazma qurğuları daha çox dayanma müddəti ilə üzləşə bilər və dayaz dərinliklərdə özüqalxan qurğulardan istifadə etməkdən fərqli olaraq, eyni əməliyyatı başa çatdırmaq üçün 20%-ə qədər əlavə vaxt istəyə bilər.

“Aquaterra Energy” şirkətinin innovasiyalar üzrə direktoru Ben Kannell deyib: “Biz bu layihədə UBOC ilə işləməkdən və Azərbaycan kimi yerlərdə HPHT rayzer sistemləri üzrə təcrübəmizi nümayiş etdirməkdən məmnunuq. Biz bunda komandamız üçün düşünülmüş mühəndislik həlləri təqdim etmək, həmçinin sənayenin karbonsuzlaşdırılması üzrə səyləri dəstəkləmək baxımından böyük potensial görürük”.

Digər xəbərlər