Surinam şelfində yeni neft yatağı aşkarlanıb

Fransanın “TotalEnergies” və ABŞ-ın “Apache Corporation” neft-qaz şirkətləri Surinam şelfində yeni neft və səmt qazı yataqları aşkarlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Total”ın verdiyi açıqlamaya görə, bu dəfə 780 metrədək dərinlikdə qazılmış “Krabdagu-1” quyusunda 90 metrdə təmiz neft qatı aşkarlanıb.

Bundan əvvəl həmin bölgədə qazılmış “Maka Central”, “Sapakara South-1”, “Sapakara West”, “Kwaskwasi”, “Keskesi” quyularında da karbohidrogen ehtiyatı kəşf edilmişdi.

Yeni “Krabgadu1” quyusunun yerləşdiyi 58 blokunda bu ildə daha azı üç kəşfiyyat quyusu qazmaq nəzərdə tutulur.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 28 fevral, 2026 / 10:36
Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40