SOCAR qəza ilə bağlı qərargah yaradıb

Bakı. 15 dekabr. REPORT.AZ/ SOCAR-ın N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar "Azneft" İB-də qərargah yaradılıb. 

“Report” xəbər verir ki, dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar bu qərargah Bakı şəhəri, Neftçilər prospekti, 73 ünvanında yerləşir.

Qərargahın əlaqə telefonları:

(+994 12) 521 11 44

(+994 12) 521 12 82

(+994 50) 841 10 62

(+994 50) 841 12 09

Hadisə ilə əlaqədar bu gün saat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.

Digər xəbərlər