Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 898 metr qazma işləri həyata keçirilib.
“Report” bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə SOCAR tərəfindən həyata keçirilən qazma işləri 3 min 699 metr və ya 17,1 % azalıb.
Xatırladaq ki, 2024-cü ilin ikinci rübündə SOCAR 21 min 597 metr həcmində qazma işləri aparıb.