Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkətinin əsas hədəflərindən biri dekarbonizasiyaya dəstək verməkdir.
“Report” xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən “Daha "yaşıl" gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.
"Bizim əsas məqsədimiz Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı və idarə edilməsidir. Digər hədəfimiz SOCAR-ın neft və qaz obyektlərinin dekarbonizasiyasına dəstək verməkdir. Biz bu obyektlərin dekarbonizasiyası üçün nə edilə biləcəyini anlamaq üçün SOCAR-ın yuxarı, orta və aşağı seqmentləri ilə əməkdaşlıq və koordinasiya edirik”, - deyə o bildirib.
E. Musayev qeyd edib ki, bundan əlavə, şirkət həmçinin əməliyyatlarının dekarbonizasiyasında necə əməkdaşlıq edə biləcəyini görmək üçün Azərbaycandakı sənaye şirkətlərinin bəziləri ilə müzakirələr aparır.