SOCAR-da transformasiya ilə bağlı “Town Hall" iclası keçirilib

Dövlət Neft Şirkətində (SOCAR) transformasiya proseslərinə həsr olunan “Town Hall" iclası keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə şirkətin vitse-prezidentləri Babək Hüseynov və Ziba Mustafayeva transformasiya prosesləri haqqında məlumat verib, bu çərçivədə görülən işlərdən və gələcək hədəflərdən danışıblar.

SOCAR-ın İşlənmə və Hasilat seqmentinin əməkdaşlarının qatıldığı iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17
Azərbaycan nefti ucuzlaşıb 30 dekabr, 2025 / 09:59