Sabah İmişli rayonunda 800-ə yaxın abonentin qazı kəsiləcək.
Bu barədə "Report"un Muğan bürosu xəbər verir.
Məlumata görə, rayonun Qaralar kəndində yaşayan vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən 108 mm-lik qaz kəmərinin yerinin dəyişdirilməsi məqsədilə əlaqədar saat 14:00-dan etibarən işlər başa çatanadək Qaralar kəndində (ümumi 780 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.