Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Report"un yerli bürosunun məlumatına görə, buna səbəb 159 mm boru korroziyaya uğradığından yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsidir.

Nəticədə Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində qaz olmayacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06