Rusiya fevralda neft və kondensat hasilatını azaldıb

Rusiyada neft və kondensat hasilatı fevralda aylıq ifadədə 0,7% azalaraq gündəlik 10,095 milyon barelə düşüb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Rusiya Energetika Nazirliyinə tabe olan Yanacaq-Enerji Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatlarına istinadən məlumat verib.

Eyni zamanda, illik ifadədə göstərici 10,7% azalıb.

Xatırladaq ki, yeni OPEC+ sazişi 2020-ci ilin may ayından neft hasilatında gündəlik 9,7 milyon barel azalma ilə başlayıb. Ardından avqust ayından alyans məhdudiyyətləri 7,7 milyona qədər yumşaldıb, 2021-ci ilin yanvar ayında isə 7,2 milyon barel/gün azalma barədə razılaşma əldə olunub. Bunun da 1,881 milyonu Rusiyanın payına düşüb. OPEC+ ixtisarlarının hamısı üçün baza 2018-ci ilin oktyabr ayı, Sırf Rusiya və Səudiyyə Ərəbistanı üçün isə gündəlik 11 milyon barel səviyyəsi götürülür. Göstəricilərdə kondensat olmadan yalnız neftin səviyyəsi nəzərə alınır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40