İstismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək "Qaradağ" Günəş Elektrik Stansiyasında (GES) 1 milyard 488 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 550 hektar ərazini əhatə edən Qaradağ GES-də 570 min günəş paneli quraşdırılıb.
Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olan stansiya ölkəmizdə yaşıl enerji keçidinə və elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artmasına mühüm töhfə verir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 26-da "Qaradağ" GES işə salınıb. Stansiyanın gücü 230 MVt təşkil edir.