Azərbaycan Əlcəzairlə neft-kimya məhsullarının ticarətini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əlcəzairinin "Sonatrach" şirkəti arasında neft və neft-kimya məhsullarının ticarəti üzrə tərəfdaşlıq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə energatika naziri Pərviz Şahbazov "X" sosial şəbəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr Moskvada Əlcəzairin dövlət naziri, karbohidrogenlər naziri Məhəmməd Arkab ilə görüşdə aparılıb.

Bildirilib ki, enerji əməkdaşlığının inkişafını, Birgə İşçi Qrupun və Birgə Komissiyanın qarşıdakı iclasları da müzakirə edilib.

Digər xəbərlər