Azərbaycan ixracatın şaxələndirilməsi üzərində işləyir.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.
"İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq", - Prezident vurğulayıb və səbəb kimi, təbii qaz hasilatının artdığını göstərib.
Azərbaycanın hasil etdiyi qazın böyük hissəsinin ixrac olunduğunu diqqətə çatdıran Prezident qeyd edib ki, qeyri-neft-qaz sektoruna aid sənayenin və iqtisadiyyatın artan hasilat profili beynəlxalq bazarlarda, ilk növbədə, Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır.