Pərviz Şahbazov Naxçıvandadır

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə qurumun nümayəndə heyəti Naxçıvan MR-na səfərə edib.

"Report"un yerli bürosu xəbər verir ki, nazir ilk öncə Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Daha sonra P.Şahbazov "AE SOLAR ” şirkətinin Azərbaycan üzrə nümayəndəsi, "AE SOLAR AZERBAIJAN" MMC-nin direktoru Əlövsət Hüseynquluyevlə görüşüb. Tərəflər "yaşıl enerji"nin əhəmiyyətindən, Naxçıvandakı mövcud perspektivlərdən danışıb.

Gün ərzində digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər