Ötən il “Şahdəniz”dən təbii qaz hasilatı 26 %-dək artıb

2021-ci il ərzində Xəzər dənizin Azərbaycan sektrounda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 34,08 milyon barel kondensat hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

Hesabata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,08 milyon barel və ya 17,5 % çoxdur.

Ötən il ərzində “Şahdəniz” yatağından 22,62 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,62 milyard kubmetr və ya 25,7 % çoxdur.

2021-ci ildə bu yataqdan 21,3 milyard kubmetr qaz hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 1,32 milyard kubmetr və ya 6,2 % azdır.

Belə ki, ötən il bu yataqdan 32,5 milyon barel kondensatın hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 1,58 milyon barel və ya 4,86 % azdır.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44