2023-cü ildə Azərbaycanda 165,6 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkədə etilen istehsalı 2022-ci illə müqayisədə 18,5 % artıb.
2023-ci ildə Azərbaycanda 162,8 min ton həcmində polietilen, 153,1 min ton həcmində propilen istehsal edilib.
Hesabat dövründə ölkədə polietilen və propilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 21,2 % və 14 % artıb.