Ötən il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb

Ötən il Azərbaycanda 50 milyard 596,7 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 38 milyard 668,6 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,3 %, əmtəəlik qaz hasilatı isə 6,2 % artıb.

Ötən 12 ay ərzində Azərbaycanda 29 milyon 63 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 28 milyon 997 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2023-cü ilin göstəriciləri ilə müqayisədə 3,9 % azdır.

Digər xəbərlər