OPEC+ alyansının hasilatı azaltma ehtimalı nefti bahalaşdırıb

OPEC+ alyansının hasilatı azaltma ehtimalı dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,45 % bahalaşaraq 1 bareli 89,26 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,25 % artaraq 1 bareli 83,85 ABŞ dolları təşkil edib.

İnvestorlar OPEC+ alyansının çərşənbə günü keçiriləcək növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri hasilatın gündəlik 1 milyon barel azaldılmasını nəzərdən keçirəcək.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20