​Kvirikaşvili: "Azərbaycanla daha sərfəli şərtlərlə enerji müqaviləsi imzalanıb"

Bakı. 9 iyun. REPORT.AZ/ "Gürcüstan Rusiyadan əvvəllər olduğu qədər asılı deyil".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin baş naziri Georgi Kvirikaşvili Tbilisidə keçirilən beynəlxalq enerji forumunda bildirib.

" "Qazprom"la bizim texniki xarakterli danışıqlarımız olub, bu da müqavilə ilə başa çatıb. Biz Rusiyadan keçmişdə olduğu qədər güclü şəkildə asılı deyilik", - deyə Kvirikaşvili qeyd edib.

Baş nazir bildirib ki, Gürcüstan yekunda Azərbaycanın Dövlət Neft Şirkəti ilə daha sərfəli şərtlərlə enerji üzrə müqavilə imzalandı.

Digər xəbərlər