Cümə günü keçirilən ticarət əməliyyatları zamanı "Brent" markalı neftin bir barelinin qiyməti 3,5 % artaraq 110 dollara yaxınlaşıb.
"Report"un məlumatına görə, bunu ICE birjasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 23:30-a olan məlumata görə, dekabr ayı üçün "Brent" markalı neftin fyuçersləri barrelinə 109,67 dollardan satılırdı.
Bu, 20 maydan bəri ən yüksək səviyyədir, o zaman bu markalı neftin qiyməti barrelinə 110 dollardan yuxarı qalxıb.
"Bloomberg" qeyd edir ki, artım ABŞ Konqresində Prezident Donald Trampın Moskva ilə Rusiya dizel yanacağı tədarükü ilə bağlı razılaşmasının qarşısını almağı hədəfləyən qanun layihəsinin təqdim edilməsindən sonra baş verib. Konqresmen Qreqori Miks tərəfindən təqdim edilən qanun layihəsində Rusiyanın enerji layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulması, ABŞ Maliyyə Nazirliyinin bir neçə lisenziyasının ləğvi və sanksiyaların artırılması təklif olunur.
Qeyd olunur ki, Rusiya dizel yanacağının qlobal bazarlardan daha da sıxışdırılması digər ölkələrdəki neft emalı zavodlarını tələbatı ödəmək üçün neft emalı gücünü artırmağa məcbur edəcək.