Azərbaycanda 9 ayda hasil edilmiş neft və qazın həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37 milyard 521,3 milyon kubmetr təbii qaz hasil edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 28 milyard 581,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,7 %, əmtəəlik qaz hasilatı isə 1,6 % azalıb.

Ötən 9 ayda Azərbaycanda 19 milyon 860,1 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 19 milyon 809,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə olaraq 3,9 % azdır.

Digər xəbərlər