"Kaşaqan" yatağında on bir ayda 12 milyon ton neft hasil edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ "Yanvar-noyabr aylarında "Kaşaqan" yatağında neft hasilatı 12 milyon ton təşkil edib".

"Report" xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.

Qazaxıstan Energetika Nazirliyi 2018-ci ilin yekununda "Kaşaqan" yatağında neft hasilatının 13 milyon ton təşkil edəcəyini gözləyir.

"Kaşaqan" Xəzər dənizinin Qazaxıstan sektorundakı ilk dəniz neft-qaz yatağıdır, eləcə də Qazaxıstanda ən böyük beynəlxalq investisiya layihəsidir. Yataqda kommersiya hasilatına 2016-cı il noyabrın 1-dən başlanılıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31