İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclası keçiriləcək

İyunun 22-23-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) enerji üzrə yüksək səviyyəli mütəxəssislər qrupunun 4-cü iclası keçiriləcək.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iyunun 24-də isə İƏT-in energetika nazirlərinin 4-cü iclası baş tutacaq. Hər iki tədbirin onlayn rejimdə - "Zoom" platforması üzərindən keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər