“Fitch” SOCAR-ın reytinqini müəyyən edib

Bakı. 8 fevral. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) “BB+”, qısamüddətli IDR-i isə “B” səviyyəsində təsdiqləyib.

“Report”un agentliyə istinadən verdiyi xəbərə görə, bundan əlavə, agentlik SOCAR-ın əsas qorunmayan reytinqini (senior unsecured rating) isə “BB+”, reytinq üzrə proqnozunu isə sabit olaraq müəyyən edib.

“Fitch” hesab edir ki, SOCAR neft və qaz layihələrinin inkişaf etdirilməsində böyük rola malikdir və dövlət onun sosial funksiyalarını nəzərə alır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 12 avqust, 2026 / 09:14