Etalon neft markalarının qiymətləri 2 %-dən çox artıb

Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün "Brent" markalı neftin fyuçersinin qiyməti 2,5 % artıb.

"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Hazırda "Brent" 1 barel üçün 89,99 ABŞ dolları (+2,49 %) səviyyəsində ticarət olunur.

Eyni zamanda, 2026-cı ilin aprel ayı üçün "WTI" markalı neftin fyuçersinin qiyməti 2,65 % artaraq 1 barel üçün 85,66 ABŞ dolları təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31