Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "NR Proaudit" MMC olub.
Qalib şirkətə 8 201 manat ödəniləcək.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 2024-cü il üzrə maliyyə hesabatlarının auditini "Abacus Audit and Consulting" MMC aparıb və bu xidmətlərə görə ona 5,8 min manat ödənilib.