Bu ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 33 %-i bərpa olunan enerji mənbələrinin payına düşüb.
"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay 2 milyard 83,4 milyon kVt/st elektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kVt/st-ı bərpa olunan mənbələr hesabına təmin olunub.
Ay ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb.