Hazırda Cəlilabad rayonunun 60 kəndində ümumilikdə 5 429 evin təbii qaz təminatı yoxdur.
"Report" xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
"Azərbaycanda "mavi yanacaq"la təminat səviyyəsi 96,6 %, o cümlədən bölgələrdə 94,7 %-dir. Bunlar, əlbəttə yüksək nəticələrdir. Ancaq Cəlilabadın 118 kəndindən 60-na - bunların da çoxu kiçik kəndlərdir - qaz çəkilməyib. Seçicilərimlə görüşəndə onlar həmişə bunu dilə gətirirlər", - deyə o qeyd edib.