Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 93,1 min ton həcmində propilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən 7 ay ərzində Azərbaycanda 101,9 min ton həcmində polietilen, 103,2 min ton həcmində etilen istehsal edilib.
Ölkədə propilen istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36,3 % artıb.
Hesabat dövründə ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 42 % və 44,5 % artıb.