Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 43,4 min ton həcmində propilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə propilen istehsalı 8,5 % artıb.
Ötən rüb ərzində Azərbaycanda 47,4 min ton həcmində polietilen, 47,3 min ton həcmində etilen istehsal edilib.
Polietilen və etilen istehsalı müvafiq olaraq illik müqayisədə 13,1 % və 14,3 % artıb.