Neft qiymətləri dekabrın 15-i səhər saatlarında əvvəlki həftədə baş verən düşüşdən sonra bahalaşıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:14-ə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 0,32 ABŞ dolları (0,52 %) artaraq 61,44 ABŞ dollarına çatıb. Dekabrın 12-si "Brent"in qiyməti 0,16 ABŞ dolları (0,26 %) artaraq 61,12 ABŞ dollarına düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin yanvar fyuçerslərinın bu vaxta qədər qiyməti bir barel üçün 0,29 ABŞ dolları (0,5 %) artaraq 57,73 ABŞ dollarına çatıb. Əvvəlki sessiyada neftin kontrakt qiyməti bir barel üçün 0,16 ABŞ dolları (0,28 %) ucuzlaşaraq 57,44 ABŞ dolları təşkil edib.
Keçən həftə ərzində hər iki marka 4 %-dən çox itirib.