Bakı, Ağdaş və Ucarın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 6-da paytaxtda bir neçə Transformator Məntəqəsində (TM), bəzi regionlarda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov rayonu Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Ləki, Güvəkənd, Əmirarx kəndlərini əhatə edəcək. Ucar rayonunun Təzə Şilyan kəndində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Digər xəbərlər

Bakının iki rayonunda qaz olmayacaq 02 oktyabr, 2026 / 08:27
SOCAR Balakhani şirkəti yaradılıb 01 oktyabr, 2026 / 16:49