“Azneft” neft-qaz hasilatında səmərəliliyin artırılması təkliflərini dəyərləndirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində neft-qaz hasilatı, eləcə də digər sahələrlə bağlı səmərəliliyin artırılması istiqamətində təkliflər dəyərləndirilib.

Bu barədə “Report” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, “Azneft”in “28 May” Neft-qazçıxarma İdarəsində (NQÇİ) istehsalat müşavirəsi keçirilib.

SOCAR prezidentinin müşaviri Babək Hüseynov, “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun iştirakı ilə aparılan müzakirələrdə mövcud vəziyyət və gələcək perspektivlər müzakirə edilib.

Müşavirədə həmçinin aidiyyəti üzrə qərarlar qəbul edilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35
Azərbaycan nefti cüzi bahalaşıb 18 noyabr, 2026 / 09:33