Bu il Azərbaycanda istismar müddəti başa çatmış 4-5 qazanxananın modernləşdirilməsi nəzərdə tutulur.
Bu barədə "Report"a "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Bildirilib ki, hazırda istilik təsərrüfatlarında hidravlik sınaq işləri başa çatdırılıb, yeni mövsümə hazılıqla bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təmir bərpa işlərinə başlanılıb.
Həmçinin, 2025-2026-cı illər istilik mövsümündə istismar müddəti başa çatmış 7 ədəd qazanxana sökülərək tam şəkildə yenidən qurulub. Bundan başqa qurumun daxili imkanları hesabına Mingəçevir şəhərində 1 ədəd və Ağcabədi rayonunda 1 ədəd köhnə tipli istismara yararsız qazanxana qismən modernləşdirilərək müasir tipli qazanlar quraşdırılıb və hər iki qazanxana ötən il noyabr ayının 15-də istismara verilib.