​​​​​​​"Azərişıq" 9 milyon manatlıq 2 tenderə yekun vurub

"Azərişıq" ASC “ASAN xidmət” mərkəzlərindəki layihələri üçün mal-materialların (1), eləcə də elektrik avadanlıqlarının məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Meqaplus” firması və "Sabah Construction" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4,284 milyon manat və 4,447 milyon manat, ümumilikdə isə 8,731 milyon manat ödəniləcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 28 fevral, 2026 / 10:36
Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40