Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 23 ölkəyə 16,5 milyon ton həcmində neft ixrac olunub.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir. Bu siyahıya avqust ayında Avstriya daxil olub.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, İsrail, Çexiya, Hindistan və Xorvatiya daxil olub.
Ötən 8 ayda Azərbaycan İtaliyaya 3 milyard 940 milyon 368,79 min ABŞ dolları dəyərində 6 milyon 226 min 091,81 ton, İsrailə 1 milyard 377 milyon 514,65 min ABŞ dolları dəyərində 2 milyon 233 min ton, Çexiyaya 738 milyon 773,01 min ABŞ dolları dəyərində 1 milyon 165 min ton xam neft ixrac edib. Hindistana 646 milyon 775,18 ABŞ dolları dəyərində 1 milyon 29 min ton və Xorvatiya 627 milyon ABŞ dolları məbləğində 1 milyon 5 min ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin 8 ayı ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2023-cü ilin yanvar-avqust aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2023-cü ilin yanvar-avqust aylarına nisbətən |
| 1 | İtaliya | 6 226 091.81 | -17,6 % | 3 940 368.79 | -16,1 % |
| 2 | İsrail | 2 233 526.78 | +22,7 % | 1 377 514.65 | +26,6 % |
| 3 | Çexiya | 1 165 388.19 | +27,11 % | 738 773.01 | +39,3 % |
| 4 | Hindistan | 1 029 548.41 | -8,2 % | 646 775.18 | -2,9 % |
| 5 | Xorvatiya | 1 005 081.15 | +61,5 % | 627 001.41 | +76,39 % |
| 6 | Portuqaliya | 691 401.29 | +3 dəfə | 437 551.47 | +196 % |
| 7 | Almaniya | 618 386.55 | -6,6 % | 406 340.60 | -0,1 % |
| 8 | Böyük Britaniya | 650 115.40 | +18,2 % | 390 895.78 | +17,3 % |
| 9 | Rumıniya | 433 832.59 | -1,9 % | 269 181.65 | +1 % |
| 10 | Tailand | 376 876.12 | +8 dəfə | 234 238.66 | +9 dəfə |
| 11 | Türkiyə | 314 287.56 | +3,4 dəfə | 173 193.83 | -3,5 dəfə |
| 12 | Tunis | 256 640.09 | +19 dəfə | 163 897.06 | +21 dəfə |
| 13 | İndoneziya | 261 305.33 | +2 dəfə | 153 687.47 | +1,7 dəfə |
| 14 | Yunanıstan | 228 237.47 | -65 % | 144 806.06 | -64 % |
| 15 | Niderland | 168 985.69 | -* | 106 838.99 | -* |
| 16 | Serbiya | 158 383.41 | -* | 98 354.90 | -* |
| 17 | İspaniya | 166 327.26 | -85 % | 96 479.12 | -86 % |
| 18 | Uruqvay | 138 719.62 | -* | 85 099.83 | -* |
| 19 | Polşa | 90 150.50 | -* | 57 363.56 | -* |
| 20 | Fransa | 89 712.83 | -54 % | 57 085.07 | -51% |
| 21 | İrlandiya | 86 042.67 | -86 % | 54 233.98 | -85 % |
| 22 | Avstriya | 85 868.91 | -67 % | 47 903.69 | -68 % |
| 23 | Özbəkistan | 893.20 | -* | 434.09 | -* |
| Cəmi | 16 475 802.81 | -10,9 % | 10 308 018.86 | -8,2 % |
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.