Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 635 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.
Son 1 ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,8 % artaraq 271,5 milyon manat təşkil edib.
Hesabat dövründə Azərbaycanda 15 milyard 300 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 2,9 % çoxdur. Bunun 14 milyard 789 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,6 % çoxdur.
İstehsalın 1 milyard 146,8 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33,8 % çoxdur.
İstehsalın 13 milyard 586,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 18,4 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 1 il əvvələ nisbətən 65,7 % azdır.
7 ay ərzində ölkədə 37 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da illik müqayisədə 17,5 % çoxdur.