Azərbaycanda əhalinin yanacaq xərcləri təqribən 6 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 681,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.

Bu ilin 7 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edə ki, hesabat dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,3 % artıb.

Digər xəbərlər