Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 490 min barel təşkil edib.
“Report” bu barədə “S&P Global Commodity Insights”ın “Platts” sorğusu əsasında apardığı araşdırmaya istinadən xəbər verir.
Hesabata görə, "OPEC+" sazişi çərçivəsində Azərbaycanın 2024-cü il üçün neft hasilatı kvotası gündəlik 551 min barel olduğu halda, sentyabrda faktiki hasilat 490 min barel təşkil edib.
“Beləliklə, Azərbaycan sentyabrda "OPEC+" kvotasından gündəlik 61 min barel geri qalıb”, - sənəddə qeyd olunub.
Bundan əlavə, avqust ayı ilə müqayisədə sentyabrda Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalıb.