Azərbaycan İsveç və İsveçrədən kerosin tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 27,5 milyon ABŞ dolları dəyərində 27 min 819 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkmənistandan 12,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 18 min 707 ton (+4,3 dəfə), Belçikadan 10,2 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 6 min 499 ton (+2,5 dəfə), Türkiyədən 4,94 milyon ABŞ dolları dəyərində (+247 dəfə) 2 min 554 ton (+552 dəfə), Koreya Respublikasından 76 min ABŞ dolları dəyərində 31,44 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 27,13 min ABŞ dolları dəyərində (+2 713 dəfə) 7,1 ton (+700 dəfə) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən (0,03 min ABŞ dolları dəyərində 0,01 ton) və İsveçrədən (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilmiş 16,554 milyon ABŞ dolları dəyərində kerosinin 54,2 %-i Niderlandın, 24,5 %-i Belçikanın payına düşüb.

Digər xəbərlər