Azərbaycan əsas satış bazarına karbamid ixracını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan 21 milyon ABŞ dolları dəyərində 73 492 ton karbamid ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 18,86 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 dəfə çoxdur) 65 427 ton (+5,5 dəfə), Rumıniyaya 1,36 milyon ABŞ dolları dəyərində (-68 %) 5 072 ton (-81 %) və Türkiyəyə 808 min ABŞ dolları dəyərində (-78 %) 2 992 ton (-86 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10